Suriyanın xəritəsi 24 saatda dəyişdi - “Zeytun budağı”ında BÖYÜK UĞUR - FOTO/VİDEO

Suriyanın xəritəsi 24 saatda dəyişdi - “Zeytun budağı”ında BÖYÜK UĞUR - FOTO/VİDEO
20:43 21 Yanvar 2018
259 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində 4 kəndi nəzarət altına alıb.

Publika.az “Haber7” saytına istinadən ASO "Zeytun budağı" əməliyyatı çərçivəsində Şengel kəndindən sonra daha 3 kəndi ələ keçirib.

Afrin və Türkiyə arasında yerləşən Kürd dağı bölgəsindən 7-8 kilometrlik irəliləmə təmin edilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı dünən axşam saatlarında başlayıb. 72 hərbi təyyarə ilə başladılan əməliyyat zamanı əvvəlcədən müəyyən edilən 113 hədəfdən 108-i dəqiqliklə vurulub. Hava zərbələrinin ardından quru əməliyyatı başlayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR