Saatlıda polis əməkdaşı bıçaqlandı

Saatlıda polis əməkdaşı bıçaqlandı
20:53 21 Yanvar 2018
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı rayon Polis Şöbəsinin əməkdaşı bıçaqlanıb.

Publika.az xəbər verir ki, polis çavuşu 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu bıçaqlanıb.

Ə. Eynullayev ön qarın divarının daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyata götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Polis çavuşunu bıçaqlayan Saatlı rayon sakininin saxlanılması istiqamətində əməliyyat həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR