Türkiyə qırıcıları Suriyada terrorçuların 45 obyektini məhv edib

Türkiyə qırıcıları Suriyada terrorçuların 45 obyektini məhv edib
22:32 21 Yanvar 2018
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın Afrin şəhərində başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların 45 obyekti – yaraqlıların sığınacaqları, silah anbarları və atəş nöqtələri məhv edilib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə HHQ-nin Baş Qərargahının saytında dərc olunan məlumatda bildirilir.
Əməliyyata Türkiyə HHQ-nin 32 təyyarəsi cəlb olunub. Onlar qoyulan vəzifəni uğurla həyata keçirərək yerləşdikləri aerodromlara geri qayıdıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-qiricilari-suriyada-terrorcularin-45-obyektini-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR