BMT TŞ bazar ertəsi Suriyanın Afrin şəhərindəki vəziyyətlə bağlı iclas keçirəcək

BMT TŞ bazar ertəsi Suriyanın Afrin şəhərindəki vəziyyətlə bağlı iclas keçirəcək
23:17 21 Yanvar 2018
142 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası bazar ertəsi, yanvarın 22-də Türkiyənin Afrin şəhərində "Zeytun budağı" adlı hərbi əməliyyat aparması ilə əlaqədar Suriyadakı hadisələrin inkişafını müzakirə edəcək.
“Report” xəbər verir ki, bunu bazar günü Fransanın xarici işlər naziri Jan-İv Le Drian öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, Fransa iclasda humanitar yardımın çatdırılmasına ehtiyac olduğunu vurğulamaq niyyətindədir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-ts-bazar-ertesi-suriyanin-afrin-seherindeki-veziyyetle-bagli-iclas-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR