Tovuzda maşın ağaca çırpıldı - 2 yaralı

Tovuzda maşın ağaca çırpıldı  - 2 yaralı
00:14 22 Yanvar 2018
89 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.

 

Hərəkətdə olan “Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

 

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, 1993-cü il təvəllüdlü Ibrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR