Tovuzda qəza: avtomobil ağaca çırpıldı

Tovuzda qəza: avtomobil ağaca çırpıldı
03:13 22 Yanvar 2018
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, 1993-cü il təvəllüdlü Ibrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR