Parisdə azərbaycanlı müğənninin konserti olub

Parisdə azərbaycanlı müğənninin konserti olub
08:27 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Paris. 22 yanvar. REPORT.AZ/ Parisdə azərbaycanlı müğənni Təranə Monbarbutun konserti olub.
“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, “Azərbaycanın ruhu” adlanan konsert proqramı Parisin Pixel teatrında baş tutub.
“Şuşanın dağları”, “Ay Laçın”, “Sarı gəlin”, “Salam verək” və digər nəğmələrimiz fransalı musiqi sevərlərin alqışları ilə müşayiət olunub.
Təranə Monbarbut mahnı ifa etməklə yanaşı tamaşaçılara Qarabağ haqqında da məlumat verib. Şuşada anadan olduğunu bildirən müğənni, təəssüflə bu gün doğma yurduna dönə bilmədiyini, döğma vətəninin hələ də işğal altında olduğunu və bundan doğan kədərini konsert iştirakçıları ilə bölüşüb.
Hazırda Fransada yaşayan azərbaycanlı müğənni Təranə Monbarbut Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir. Onun keçən il işıq üzü görən, Fransa və Azərbaycan musiqisindən ibarət “Esquisse” albomu fransalı melomanlar tərəfindən böyük maraqla qarşılanıb.







Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/parisde-azerbaycanli-mugenninin-konserti-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR