Saatlıda polisi bıçaqlayan şəxsin kimliyi məlum olub

Saatlıda polisi bıçaqlayan şəxsin kimliyi məlum olub
10:17 22 Yanvar 2018
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı. 22 yanvar. REPORT.AZ/ Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxsin kimliyi məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs Saatlı rayon sakini, 1969-cu il təvəllüdlü Şöhrət Ağazədə oğlu Əliyevdir. O, polis əməkdaşı, 1983-cü il təvəllüdlü Əvəz Eynullayevi bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
Hazırda Ş.Əliyevin axtarışları davam etdirilir.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/saatlida-polisi-bicaqlayan-sexsin-kimliyi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR