Tovuz sakini evinə girən oğrunun üzünü yandırıb

Tovuz sakini evinə girən oğrunun üzünü yandırıb
10:32 22 Yanvar 2018
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 22 yanvar. REPORT.AZ/ Tovuzda yerli sakin üz nahiyyəsindən yanıq xəsarətləri alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumatlara görə hadisəyə E.Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə icazəsiz daxil olan zaman ev sahibinin içərisi qaynar su dolu çaydanı onun üzünə tərəf atması səbəb olub.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuz-sakini-evine-giren-ogrunun-uzunu-yandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR