"Real"dan REKORD TRANSFER - İngiltərəli ulduza 227 milyon

"Real"dan REKORD TRANSFER - İngiltərəli ulduza 227 milyon
10:33 22 Yanvar 2018
138 İdman
Ölkə mətbuatı
A- A+

“Real” növbəti transfer rekorduna imza atmaq niyyətindədir.

Publika.az xəbər verir ki, ispanlar “Tottenhem”in ingiltərəli ulduzu Harri Keynə 227 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Bu haqda iddialar “The Sunday Times” qəzetində yer alıb. İddialara görə, “Real” Harrini heyətinə qata bilmək üçün qızğın mübarizə aparacaq. Çünki “Tottenhem” bu mövsüm 28 matçda 28 qol vuran Harrini buraxmaq niyyətində deyil.

Qeyd edək ki, "Transfermarkt" 24 yaşlı hücumçuya 120 milyon avro qiymət qoyub.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR