Türkiyəni məst edən azərbaycanlı çoban “O Səs Türkiyə”dən KƏNARLAŞDIRILDI - VİDEO

Türkiyəni məst edən azərbaycanlı çoban “O Səs Türkiyə”dən KƏNARLAŞDIRILDI - VİDEO
10:58 22 Yanvar 2018
66 Şou
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə azərbaycanlı çoban kimi məşhurlaşan Pərvin Səfərov "O Səs Türkiyə" yarışmasının növbəti mərhələsinə keçə bilməyib.

Publika.az xəbər verir ki, dünən “O Səs Türkiyə”nin növbəti buraxılışı yayımlanıb. İkinci turdan uğurla keçən azrbaycanlı iştirakçı Pərvin Səfərov 3-cü turda uğursuzuqla qarşlaşıb.

Murad Bozun komandasında olan Pərvin Səfərov digər iki yarışmaçı ilə birlikdə “Değme benim gamlı yaslı gönlümə” adlı türk mahnısını ifa edib. Murad Boz 3 iştirakçıdan Aslını seçib. Beləliklə də, həmyerilimiz yarışmadan uzaqlaşdırılıb.

Xatırladaq ki, Pərvin Səfərov Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. O, Netfçalda heyvandarlıqla məşğul olur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/228542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR