Əfqanıstanda azı 92 terrorçu məhv edilib

Əfqanıstanda azı 92 terrorçu məhv edilib
11:37 22 Yanvar 2018
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Əfqanıstanda hökumət qüvvələrinin keçirdiyi antiterror əməliyyat nəticəsində azı 92 silahlı məhv edilib, 44 terrorçu isə yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinin dəstəyi ilə ölkənin şimalında (Faryab, Bəlx, Herat, Bağlan, Kunduz əyalətlərində), cənubunda (Gilmend, Zabul, Qəndahar), şərqində (Lağman, Lohar, Xost) və mərkəz hissisində (Uruzqan) əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 4 terrorçu tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-azi-92-terrorcu-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR