Suriya qoşunları İdlibdə “Ən-Nüsra” Cəbhəsinə qarşı əməliyyata başladı

Suriya qoşunları İdlibdə “Ən-Nüsra” Cəbhəsinə qarşı əməliyyata başladı
11:43 22 Yanvar 2018
60 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın hökumət qoşunları və könüllü müdafiə dəstələri İdlib vilayətində “Ən-Nüsra” Cəbhəsi qruplaşmasına qarşı əməliyyata başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Suriya ordusu 1500-dən çox döyüşçünü mühasirəyə alıb və onların məhv edilməsinə başlayıb. Terrorçularda tanklar, piyada döyüş maşınları, səhra artilleriya sistemləri və minaatanların olduğu bildirilir.

Qeyd edək ki, İdlib əyalətində genişmiqyaslı hücum yanvarın əvvəlində başlayıb. Ötən müddət ərzində 24 yaşayış məntəqəsi döyüşçülərdən təmizlənib. Yanvarın 20-də isə Suriya ordusunun bölmələri əyalətin cənubi-şərqində yerləşən Abu Duhur təyyarə bazasını ələ keçirib. Yanvarın əvvəlindən baza uğrunda döyüşlərdə hökumət qoşunları, İŞİD, “Ən-Nüsra” Cəbhəsi və “Hayat Tahrir aş-Şam” qruplaşmaları iştirak edirdi.

Baza “Ən-Nüsra” Cəbhəsinin əsas qalası hesab olunan İdlib şəhərinin 40 kilometrliyinə yerləşir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR