İnanılmaz YENİLİK: Ənənəvi pərakəndə satış sistemi alt-üst olacaq

İnanılmaz YENİLİK: Ənənəvi pərakəndə satış sistemi alt-üst olacaq
11:53 22 Yanvar 2018
56 Digər
Ölkə mətbuatı
A- A+

"Amazon" şirkəti pərakəndə satış sistemini kökündən dəyişəcək yeni layihəsini gerçəkləşdirir. Şirkət kassir və kassanın olmadığı ilk ərzaq mağazasını açır.

Publika.az-ın məlumatına görə,şirkətin vitse-prezidenti Coanna Pueri bildirib ki, 1 ildən çoxdur üzərində çalışdıqları layihə ənənəvi pərakəndə satış ticarətini alt-üst edəcək.

İlk mağaza ABŞ-ın şimal-qərbində, Vaşinqton ştatının Sietl şəhərində açılır. "Amazon Go" adlanan mağaza ən son texnologiyalara cavab verən kamera və sensorlarla təchiz edilib. Sensorlar alıcıların piştaxta üzərindən götürdükləri və yenidən yerinə qoyduqları məhsulları dəqiqliklə yoxlayacaq. Məhz bu funksiya sayəsində kassalara ehtiyac yaranmayacaq. Eyni zamanda, müştərilərin kassa qarşısında uzun növbə gözlədiyi dövrdə geridə qalacaq. Müştərilər ödənişləri birbaşa bank kartları vasitəsilə ödəyəcəklər.

Pərakəndə satış ticarəti üçün nəzərdə tutulan mağazanın rəsmi açılışına bir neçə gün qalıb. Bu isə dünyanın ən böyük onlayn satış şirkətlərinin bazarına ciddi zərbə deməkdir.

"Amazon" şirkəti ilk mağazanın açılışından sonra başqa şəhərlərdə də eyni avtomat mağazalar açmaq niyyətində olub-olmadığı barədə heç bir açıqlama verməyib. Test rejimində işləyən "Amazon Go" 2016-cı il dekabrın 5-də açılıb. Lakin o zaman şirkət mağazanın adi rejimdə işləməyə başlamasına qərar vermişdi. "Amazon" bu layihə üçün ötən il 13,7 milyard dollar dəyərində yüksək keyfiyyətli satış həyata keçirən "Whole Foods Market" mağazalar şəbəkəsini alıb.

Lakin müəyyən problemlər səbəbindən mağazanın test dövrü uzadılmışdır. Şirkətin vitse-prezidenti Coanna Pueri deyir ki, bu günə qədər belə texnologiya sadəcə birmənalı olaraq mövcud olmayıb:

"Sözügedən sistem komputer görmə sənəti və maşın təlimi sahəsində yeni bir nailiyyətdir. 167 kvadrat metr sahəsi olan mağaza "Amazon" şirkətinin ofis binasında yerləşir. Müştərilər mağazaya daxil olanda "Amazon Go" smartfon applikasiyasını skanerdən keçirməli, özləri isə turniketdən keçməlidirlər. Daha sonra mağazadakı məhsullardan yararlana biləcəklər".

İlkin məlumatalara görə, mağazada hazır yermək məhsulları, ət və digər ərzaq məhsulları satışa qoyulub. Şərab və pivə bölməsində isə bir az fərqli sistem tətbiq olunacaq. Bu bölmədən alış-veriş etmək üçün müştərilər mütləq şəkildə şəxsiyyət vəsiqələrini təqdim etməli olacaqlar. "Amazon" şirkətinin xüsusi işçisi bu işə nəzarət edəcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/228549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR