Tokioda ilk dəfə raket zərbəsi halında evakuasiya üzrə təlimlər keçirilib

Tokioda ilk dəfə raket zərbəsi halında evakuasiya üzrə təlimlər keçirilib
12:02 22 Yanvar 2018
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Yaponiya Mülki Müdafiə Xidməti Tokioda ilk dəfə paytaxtın raket zərbəsi təhlükəsi ilə qarşılaşacağı halda evakuasiya üzrə təlimlər keçirib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, təlimlərdə ümumilikdə, təqribən, 350 nəfər cəlb olunub. Evakuasiya Tokionun Bunkö bölgəsində yerləşən yerli əyləncə parkında və "Korakuen" dəmir yolu stansiyasında həyata keçirilib.
Şərti raket zərbəsi təhlükəsi ilə əlaqədar məlumat yaymaq üçün fövqəladə hallarda istifadə olunan "J-Alert" sisteminə müraciət olunub. Bundan sonra təhlükəsizlik xirmətinin əməkdaşları ziyarətçilər və yoldan keçənləri canlandıran işçilərini yeraltı sığınacaqlara yerləşdiriblər.
Təlim planına görə, "raket"in düşməsinə qədər təxliyyə işlərinə 10 dəqiqə vaxt ayrılıb. Bu təlimlər, əsasən, KXDR ətrafındakı vəziyyətlə bağlıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tokioda-ilk-defe-raket-zerbesi-halinda-evakuasiya-uzre-telimler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR