Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilə bilər.

Bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklikdə məqsəd 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq, onlara dərman vasitələrinin buraxılmasının qadağan edilməsidir. /Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR