Cəlilabad sakini arvadını boğaraq öldürüb

Bakıda qətl hadisəsi baş verib.

Metbuat.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq öldürüb.

Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman satışı qadağan edilə bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR