“Facebook” istifadəçiləri xəbər mənbələrinin etibarlığını qiymətləndirmək imkanı əldə ediblər

“Facebook” istifadəçiləri xəbər mənbələrinin etibarlığını qiymətləndirmək imkanı əldə ediblər
12:35 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

“Facebook” istifadəçiləri xəbər lentinə daxil olan xəbər mənbələrinin etibarlığını qiymətləndirə biləcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, bu haqda şirkətin qurucusu Mark Zukerberq öz səhifəsində məlumat verib.

"Biz qərara gəldik ki, xəbər mənbələrinin etibarlığının istifadəçilər tərəfindən müəyyənləşdirilməsi daha düzgündür" – Zukerberq izah edib.

Onun sözlərinə görə, istifadəçilərin cavabları əsasında tərtib ediləcək reytinqin liderləri xəbər lentində xəbər yerləşdirə biləcəklər.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-52439-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR