Parlamentin Səhiyyə komitəsinin yaz sessiyası üçün qanunverici işlər planı açıqlanıb

Parlamentin Səhiyyə komitəsinin yaz sessiyası üçün qanunverici işlər planı açıqlanıb
12:37 22 Yanvar 2018
38 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Səhiyyə komitəsinin bu ilin yaz sessiyası üçün qanunverici işlər planı müəyyənləşdirilib.
“Report”un xəbərinə görə, bu barədə Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib.
O bildirib ki, buraya əsasən, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında MM-ə təqdim etdiyi qanun layihələri daxildir.
Bundan başqa, komitədə hazırlanan qanun layihələri - “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.
“İnsan orqan və (və ya) toxumalarının transplanmtasiyası haqqında” qanun layihəsinə dəyişikliklər, “Unun icbari zənginləşdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında” və “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun layihələri ilə bağlı, o cümlədən Autizm xəstələrinə tibbi-sosial dəstəyin göstərilməsi ilə bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/parlamentin-sehiyye-komitesinin-yaz-sessiyasi-ucun-qanunverici-isler-plani-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR