Davosda Bakının "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçiriləcək

Yanvarın 23-də İsveçrənin Davos şəhərində Bakının “Ekspo-2025” (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi ilə əlaqədar təqdimat keçiriləcək.

Rəsmi təqdimat "Bakı Ekspo-2025" Hədəf Qrupunun rəhbəri Elçin Əmirbəyov tərəfindən həyata keçiriləcək.

E.Əmirbəyov Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə məlumat verəcək.

E.Əmirbəyov təqdimatla bağlı bildirib: "Biz "Bakı Ekspo-2025" təqdimat mərasimini biznes və siyasət dünyasından 2500-dən çox liderin toplaşdığı Davos Dünya İqtisadi Forumunda keçirməkdən çox məmnunuq".

Azərbaycanın “Ekspo-2025” üzrə təqdim etdiyi mövzu - "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq" adlanır. Əlavə olaraq təqdim edilən üç alt mövzu - İstedad, Sağlamlıq və Nailiyyət - Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir.

"Bakı Ekspo-2025" cəmiyyətin hər bir sahəsinin insan intellektindən yararlanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq.

Qeyd edək ki, Yekaterinburq və Osaka şəhərləri “Ekspo-2025” Ümumdünya Universal Sərgisini keçirmək uğrunda mübarizədə Bakının rəqibidir. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR