Bakıda axtarışda olan şəxs saxlanılıb

Bakıda axtarışda olan şəxs saxlanılıb
12:47 22 Yanvar 2018
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakinləri Abdulla İsmayılov və Tural Səmədli naməlum şəxsin onları aldadaraq mobil telefon almasını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və şübhəli qısa zamanda müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun əvvəllər məhkum olunmuş, həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan paytaxt sakini Ramin Rzayev olması müəyyən edilib.
Baxış zamanı ondan 1,602 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-axtarisda-olan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR