Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO)
Suriyanın Afrin bölgəsində YPG terrorçularına qarşı həyata
keçirdiyi “Zeytun budağı” əməliyyatı 3-cü günündə davam
edir.
ASO-nun yanvarın 20-də Azez-Gülbaba sərhəd xəttindən başladığı
quru əməliyyatı dünən Türkiyə Silahlı quüvvələrinin 6 min 400
hərbçisinin qatılması ilə davam edib.
Əməliyyatın ilk 48 saatında 7,5 kilometr irəliləyən Türkiyə
ordusu və ASO planlaşdırılandan daha sürətlə hərəkət edir. Plana
görə, 4-cü gün üçün qarşıya qoyulan hədəflərə 2-ci gün çatmaq
mümkün olub.
Beynəlxalq ekspertlər "Mehmetcik"in etdiklərini heyrətlə izləyir: "Dünya belə ordu görməyib"
Bəs Afrin əməliyyatının hədəfi nədir?
Publika.az Türkiyə KİV-inə istinadən Afrin əməliyyatı ilə
Türkiyənin çatmaq istədiyi əsas hədəfləri təqdim edir.
- ASO-nun daha 10 min kvadrat kilometr əraziyə nəzarətini təmin
etmək.
- Şərq Aralıq dənizinə çatmağı hədəfləyən PKK-nın terror
qurşağını tamamilə əngəlləmək. Türkiyə Afrin ilə Kobaninin
birləşməsini “kürd dəhlizi” layihəsinin ən əhəmiyyətli hissəsi
olaraq görür.
- Terror təşkilatının Aralıq dənizinə və buradan dünyaya
açılmasının qarşısını almaq.
- Türkiyənin ərəb dünyası ilə coğrafi əlaqəsinin kəsilmə
ehtimalını aradan qaldırmaq.
- Suriya ilə sərhəd bölgələrinin təhlükəsizliyini təmin etmək.
Türkiyənin sərhəd bölgələrində təhlükəsizliyinin təmin edilməsi və
“Fərat Qalxanı” bölgəsinin qorunmasında Afrin kritik əhəmiyyət
daşıyır. Terror təşkilatlarının Afrində olması Kilis vilayətinin
bütünlüklə, Hatayın isə böyük hissəsinin terror təşkilatlarının
atəş məsafəsinə daxil olması deməkdir.
- PYD/PKK terrorçularının Amanos dağları üzərindən Türkiyəyə
sızmasının qarşısını almaq.
- Tel Rifat bölgəsini nəzarətə almaq və mülki əhalinin evlərinə
qayıtmasını təmin etmək.
- ABŞ-ın terror təşkilatlarını dəstəkləməsinə maneə
törətmək.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228559.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)