Azərbaycanlı hakimlərin idarə etdiyi oyunda KÜTLƏVİ DAVA DÜŞDÜ - FOTO

Azərbaycanlı hakimlərin idarə etdiyi oyunda KÜTLƏVİ DAVA DÜŞDÜ - FOTO
13:08 22 Yanvar 2018
42 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində azərbaycanlı hakimlərin idarə etdikləri "Olimpik" (Ukrayna) - "Korona" (Polşa) oyununda qarşıdurma yaşanıb.

Publika.az xəbər verir ki, matçın ilk yarısına əlavə edilmiş dəqiqələrdə futbolçuların kobud oyunu kütləvi davaya səbəb olub.

Qarşılaşmanın baş hakimi Nail Nağıyev Polşa təmsilçisinin üzvləri Marçin Tsebula və Radek Deymekə qırmızı vərəqə göstərərək meydandan qovub. Daha sonra baş hakim köməkçiləri Yaşar Abbasov və Elşad Abdullayevlə məsləhətləşib və R.Deymekin qırmızı vərəqəsini sarı ilə əvəzləyib.

Fasilə zamanı hər iki komandanın baş məşqçiləri hakimlərə müraciət edərək görüşə 11 nəfərlər davam etməyi rica ediblər. Azərbaycanlı hakimlər briqadası isə bu ricanı nəzərə alıblar. Polşalılar ikinci hissədə meydandan qovulan Marçinin yerinə başqa bir futbolçu ilə çıxıblar.

Komandaların gərgin mübarizəsinə rəğmən, yoxlama oyununda qol qeydə alınmayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR