NATO baş katibinin müavini Türkiyədə səfərdədir

NATO baş katibinin müavini Türkiyədə səfərdədir
13:12 22 Yanvar 2018
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ NATO baş katibinin müavini Rouz Qottemüller Ankarada səfərdədir. 
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatlarının başlamasından sonra  NATO rəsmilərinin ölkəyə ilk səfərdir.
R.Qottemüller Türkiyə Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, Türkiyə ordusu “Zeytun budağı” əməliyyatlarına başlayandan qısa müddət sonra NATO məsələ ilə bağlı açıqlama yaymışdı. Açıqlamada qeyd olunmuşdu ki, bütün dövlətlərin özünü müdafiə hüquq var. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/nato-bas-katibinin-muavini-turkiyede-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR