Metroda cibgirlik edən şəxs saxlanılıb

Metroda cibgirlik edən şəxs saxlanılıb
13:22 22 Yanvar 2018
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Metroda cibgirlik edən şəxs saxlanılıb.
Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib. 
Belə ki, Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olduğu müəyyənləşib. Eyni zamanda onun yanvarın 19-da metronun “28 May” stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/metroda-cibgirlik-eden-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR