"Yataq səhnələrində həyəcanlı idim"

Müğənni Nurlana Kərimli ilk klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, “Yoxsan yanımda” adlanan mahnıya çəkilən ekran işi Lənkəranda lentə alınıb. Mahnının sözləri Xanım İsmayılqızına, musiqisi isə Faiq Sücəddinova məxsusdur. Klipin rejissorluğu Nail Naiboğluna həvalə edilib.

Nurlana klipindən danışıb və sənətə ilk addımlarını peşəkarlarla atdığını söyləyib:

“Sona kimi də işimə peşəkarlarla davam edəcəyəm. Tez-tez klip çəkdirib kənara atmağı sevmirəm. Bu klipin bəhrəsini görəndən sonra yenisini çəkdirəcəm. Klipdə stilim üzərində Anar Məmmədov çalışıb. Yataq səhnələrini çəkəndə çox həyəcanlı idim”.

Ekran işini lentə alan Nail isə “Çəkilişimiz “Luxe Lankaran Hotel”də aparılıb. Nurlana yataq səhnələrində əvvəlcə çox həyəcanlı idi, amma nəticə yaxşı alındı. Əsas o həyəcan idi. Çəkilişimiz 12 saat davam etdi” deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR