Azərbaycanlılar ən çox nədən ölürlər?

Azərbaycanda əhali arasında ölümün əsas səbəbi açıqlanıb.

Metbuat.az-ın xəbərinə görə, bu barədə deputat Rəşad Mahmudov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə əsasən, 2017-ci ildə Azərbaycanda vəfat edənlərin 57,8 faizi ürək çatışmazlığından dünyasını dəyişib.

Deputat qeyd edib ki, bu sahədə ciddi tədbirlər görülməlidir.

Evlənmək istəyənlərin Hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR