Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb

Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb
14:19 22 Yanvar 2018
69 Digər
Ölkə mətbuatı
A- A+

“Deputat Nəriman Əliyevin bugünkü vəziyyəti qənaətbəxşdir. Ölkə səhiyyəsi və həkimlik üçün çox çətin yollardan keçdik. Nəriman müəllimdə olan xəstəlik və onun göstərmiş olduğu formalar bütün orqanların- qaraciyər, böyrək, ağciyər, beyin və ürəyin funksiyasında ciddi problemlərlə yaratmışdı. Uzun müddət süni tənəffüs aparatında yüksək rejimdə aparılan müalicələr nəticəsində bu gün demək olar ki, bütün orqanlarındakı funksiyalar qənaətbəxşdir. Buna nail olmaq üçün yanvar ayının 10-da 18:00-da başlayan əməliyyat 11-i gecə saat 03:00-da başa çatdı. Bu dünyada ən ağır əməliyyatlardan biridir”. 
 
 
Lent.az-ın modern.az-a istinadən məlumatına görə, bunu Nəriman Əliyevin səhhəti ilə bağlı danışan deputat həmkarı, kardioloq cərrah Rəşad Mahmudov deyib.
 
 
“Əməliyyat mənim rəhbərliyim altında yerli həkim komandası tərəfindən həyata keçirilib. Dünya statistikasına görə, Avropada belə xəstələrin 95 faizi əməliyyatdan 24 saat sonra həyatını itirir. Belə ağır əməliyyat olduğuna görə, xüsusən Almaniyanın Münhen Kardiologiya İnstitutu və Türkiyənin Acıbadem Xəstəxanasının bütün ekspertləri tərəfindən konsultasiyalar olundu. Ortaq müzakirələrdən sonra müalicələrimiz davam etdi. Əməliyyatdan sonra ürəyin funksiyları bərpa olundu. Bundan sonra isə digər orqanların da bərpası üçün böyük bir şans yarandı. Artıq Nəriman müəllim oyanıb və bütün orqanları (ağciyər, qaraciyər, böyrək, beyin) normal şəkildə funksiyasını yerinə yetirir”,- deyə Rəşad Mahmudov bildirib. 
 
Deputat qeyd edib ki, hazırda Nəriman Əliyev danışır və huşu da yerindədir. 
 
 
“Hesab edirəm ki, 1 aylıq reabilitasiyadan sonra Nəriman müəllim iş fəaliyyətinə başlayacaq”. 
 
 
Qeyd edək ki, Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşmüşdü.
 
N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR