UEFA Rusiya yığmasının sabiq futbolçusunun oğurlanmış medalını yenisi ilə əvəzləyib

UEFA Rusiya yığmasının sabiq futbolçusunun oğurlanmış medalını yenisi ilə əvəzləyib
14:32 22 Yanvar 2018
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ UEFA Rusiya yığmasının sabiq futbolçusu Vladimir Bıstrovun oğurlanmış medalını yenisi ilə əvəzləyib.
“Report” “Sport-Ekspress”ə istinadən xəbər verir ki, qitə futbol qurumu 2008-ci il Avropa çempionatında 34 yaşlı yarımmüdafiəçiyə təqdim edilən bürünc medalın eynisini hazırlayıb.
Medal yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Millətlər Kubokunun püşaktmasında iştirak edəcək Rusiya Futbol İttifaqının nümayəndələrinə təqdim olunacaq.
Qeyd edək ki, Rusiya millisi 2008-ci ildə Avstriya və İsveçrədə keçirilmiş Avropa çempionatının yarımfinalında İspaniya yığmasına 0:3 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib. Bıstrov hazırda vətənində "Tosno" klubunun formasını geyinir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-rusiya-yigmasinin-sabiq-futbolcusunun-ogurlanmis-medalini-yenisi-ile-evezleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR