SOCAR qazma işlərini 31% artırıb

SOCAR qazma işlərini 31% artırıb
14:52 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci il ərzində 138 min metr qazma işi həyata keçirib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur.
Qeyd olunub ki, SOCAR 2017-ci ildə qazma işlərin həcmini artırmaqla, neft və təbii qaz hasilatını stabilləşdirib. İl ərzində həyata keçirilən qazma işlərinin 93%-i istismara, 7%-i kəşfiyyata aid olub. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilib. 
2017-ci ildə SOCAR üzrə hasilat 7,4 mln. ton neft, 6,1 mlrd. kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə ölkə üzrə 38,7 mln. ton neft və 28,6 mlrd. kubmetr təbii qaz hasil olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-qazma-islerini-31-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR