Azərbaycanlı məşhurların səsləndirdiyi filmin təqdimatı baş tutdu - FOTO

Azərbaycanlı məşhurların səsləndirdiyi filmin təqdimatı baş tutdu - FOTO
15:18 22 Yanvar 2018
131 Şou
Ölkə mətbuatı
A- A+

CinemaPlus ilk dəfə “Paddinqton 2” filmini Azərbaycan dilində nümayişi baş tutub.

Publika.az xəbər verir ki, “Paddinqton 2” filminin Azərbaycan dilində dublyajı “Cinemazadeh” studiyasında baş tutub. “Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib.

Filmi Azərbaycan dilində Murad Dadaşov, Oksana Rəsulova, Aqil M. Quliyev, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Elşən Rüstəmov, Valeh Kərimov, Vüsal Murtuzəliyev, Nəcibə Hüseynova, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Həlimə Axundzadə, Elman Rəfiyev, Vüqar Hüseynov, Səid Nizami və Elnur Hüseyov səsləndirib.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs rejissoru və masterinq Azad Vəliyev, tərcüməçisi Xumar Quluzadə, post-prodakşn Vüqar İslamzadə, art direktoru Kamil Dadaşov, dizayneri Emil İbrahimov, prodüseri Xətai Əli, direktoru Cəfər Axundzadədir.

Ekran əsərin rejissoru Paul Kinqdir. Baş rolları Hyu Bonnevill, Salli Hokins, Brendan Qlison, Hyu Qrant kimi məşhurlar ifa edirlər.

Filmin süjet xəttinə görə, Londonun antikvar mağazasında gözəl və yaxşı tərbiyə olunmuş ayı Paddinqton qədim qeyri-adi bir kitab tapır. O, bütün ayı gücü ilə həmin kitaba pul yığana kimi, nadir kitab oğurlanır. Paddinqton, it konservləri reklam edən, öz çevrilmə bacarığını bütün Londanda gizlədilən zinət əşyalarının ovuna istifadə edən aktyorun planı olan əsrin hiyləsinə qoşulmuş olur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/228583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR