Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb

Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb
15:57 22 Yanvar 2018
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb. 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən daha bir əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nürəddin oğlu Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.
Qeyd edək ki, C.Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-uzerinde-tapanca-gezdiren-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR