AŞPA-nın yeni prezidenti: "Münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib"

AŞPA-nın yeni prezidenti: "Münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib"
16:02 22 Yanvar 2018
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Strasburq. 22 yanvar. REPORT.AZ/ "Avropa Şurası məkanında münaqişələrin sayı artıb. Biz bu münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib". 
"Report"un Fransa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti, italiyalı deputat Mikele Nikoletti bu gün Assambleyada çıxışında bildirib.
O qeyd edib ki, avropalı siyasətçilər bu məsələdə daha diqqətli olmalıdır: "Biz təşkilatın nüfuzunu qaldırmaq üçün birlikdə çalışmalıyıq, milli maraqlara yox, ümumi maraqlara xidmət etməliyik". 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/aspa-nin-yeni-prezidenti-munaqiselerin-helline-nail-olmadigimiza-gore-vetendaslarin-siyasetcilere-inami-itib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR