“Samsung Galaxy S9+” smartfonunun real fotoşəkilləri dərc edilib

“Samsung Galaxy S9+” smartfonunun real fotoşəkilləri dərc edilib
16:35 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

“Samsung” şirkətinin qabaqcıl “Samsung Galaxy S9” və “Samsung Galaxy S9+” smartfonlarını fevralın 26-dan martın 1-dək Barselonada keçiriləcək “Mobile World Congress” (MWC 2018) sərgisi çərçivəsində nümayiş etdirəcəyinə baxmayaraq Çinin “Weibo” sosial şəbəkəsində smartfonlardan birinin fotoşəkilləri yayılıb. Kamera obyektivinə qoşa kamera ilə təchiz edilən və tərəflərinin nisbəti 18:9 təşkil edən bükük ekranlı “Samsung Galaxy S9+” versiyası tuş gəlib.  

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şəkillərdəki qurğu həqiqətən müxtəlif nüfuzlu insayderlərin təsvir etdiyi kimi “Galaxy S9 Plus” modelinə çox bənzəyir. Lakin diqqətlə baxdıqda bir neçə vacib detalı görmək mümkündür. Məsələn, ekranın yuxarı və aşağı çərçivələri ötən il təqdim edilən “Galaxy S8” və “Galaxy S8 +” smartfonlarından böyük görünür. Digər istehsalçıların çərçivəsiz modellərə üstünlük verdiyi dövrdə “Samsung” şirkətinin belə addım atacağı müəyyən suallar doğurur. Bundan başqa, kamera əlavəsi hazırkı qurğularda quraşdırılandan bir qədər fərqlənir.

Bunun “Galaxy S9 +” smartfonunun Çin istehsalçıları tərəfindən buraxılan ilkin prototipi və ya keyfiyyətli oxşarı olması istisna edilmir.

Bundan əvvəl verilən məlumatlara görə, “Samsung Electronics” şirkəti qabaqcıl modellərin kütləvi yığılmasına yanvarda başlayacaq, yanvarın sonunda təqdim edəcək, martda isə satışa çıxaracaq. Məlum olub ki, qurğular şüşə korpusla təchiz ediləcək və beş rəng variantında buraxılacaq. Onların kameralarının yeni proqram təminatı ilə təmin ediləcəyi ehtimal olunur.

“Galaxy S9” və “Galaxy S9+” smartfonlarının dizaynının əvvəlki modellərlə müqayisədə dəyişməz qalacağı gözlənilir. “Star 1” və “Star 2” kod adlı qurğular “SM-G960” və “SM-G965” model sırası ilə göstərilir. Ekranlar da  dəyişməz qalacaq - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz “Super AMOLED” displeylər.

Bildirilir ki, “Galaxy S9” və “Galaxy S9+” 10 nanometrlik “Qualcomm Snapdragon 845” prosessoru bazasında ilk və bir müddət yeganə smartfonlar olacaq. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan “Galaxy S9” modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını  10 nanometrlik “Samsung Exynos 9810” platforması təşkil edəcək. 

“Galaxy S9+” versiyasının böyük ekranla yanaşı, “Galaxy S9”-da quraşdırılan 4 giqabayta nisbətdə iritutumlu - 6 giqabaytlıq operativ yaddaş, eləcə də “Galaxy Note 8” modelində olduğu kimi, qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, modellər 64 giqabaytlıq quraşdırılmış yaddaş, “microSD” kartları üçün slot və 3,5 millimetrlik çıxışla təchiz olunacaq. Həmçinin “AKG” stereodinamikləri qeyd edilir.

Tək və ya qoşa kameradan asılı olmayaraq hər iki smartfonun arxa panel elementləri barmaq izi skaneri kamera modulu altında olmaqla vertikal şəkilli olacaq.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-52448-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR