Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək
16:47 22 Yanvar 2018
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Dünya çempionatının kuboku Azərbaycana gətiriləcək.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafat dünya turu çərçivəsində fevralın 9-da Bakıda olacaq. Kubok “Gənclik Mall” Ticarət Mərkəzində nümayiş etdiriləcək.
Qeyd edək ki, Dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb. 2018-ci il dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-dunya-cempionatinin-kuboku-azerbaycana-getirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR