Dünyanın ilk robot-satıcısı işə başlayandan bir həftə sonra qovulub

Dünyanın ilk robot-satıcısı işə başlayandan bir həftə sonra qovulub
17:02 22 Yanvar 2018
175 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Yaponiyanın "SoftBank" şirkəti tərəfindən hazırlanmış dünyanın ilk robot-satıcısı "Pepper" vəzifəsinin öhdəsindən gələ bilməyib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Şotlandiyanın Edinburq şəhərində "Margiotta Food & Wine" ərzaq mağazası robotu quraşdırılmasından bir həftə sonra ticarət zalından yığışdırıb. Robotun işi mağazalar şəbəkəsinin rəhbərliyini qane etməyib.
Qeyd olunur ki, robot tez-tez alıcıların xahişlərini başa düşməyib. Məsələn, "süd qutusunu haradan tapmaq olar" sualına o, yalnız "süd məhsulları bölməsində" deyə cavab verə bilir və dəqiq yeri göstərə bilməyib.
Bundan əlavə, cihaz səs-küylü mağaza şəraitində "ağır eşidərək" sözləri ayıra bilməyib, eləcə də yersiz zarafatlar edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/dunyanin-ilk-robot-saticisi-ise-baslayandan-bir-hefte-sonra-qovulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR