“Neftçi” klubu iki əcnəbi futbolçunu baxışa çağırıb

“Neftçi” klubu iki əcnəbi futbolçunu baxışa çağırıb
17:17 22 Yanvar 2018
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində toplanışda olan “Neftçi” klubu iki əcnəbi futbolçunu baxışa çağırıb.
“Report” xəbər verir ki, bunlar ukraynalı İqor Sikorski və mərakeşli Roxti Axentedir. Hər iki futbolçu bakılıların Rusiyanın “SKA-Xabarovsk” komandası ilə saat 17:00-da start götürən yoxlama matçında ehtiyat oyunçular skamiyasında yer alıb.
30 yaşlı Sikorski yarımmüdafiəçidir. Onun son iş yeri Ukraynanın I divizionunda çıxış edən “Nikolayev” klubu olub.
Mərakeş yığmasında 2 oyun keçirən Axente isə Hollandiyanın PSV klubunun yetirməsidir. 30 yaşlı sol cinah yarımmüdafiəçisinin son klubu Hollandiya çempionatının I divizionunda mübarizə aparan "Qou Ehed iqls" klubudur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-klubu-iki-ecnebi-futbolcunu-baxisa-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR