“Qalatasaray”ın yeni prezidenti Fatih Terimin istefasını qəbul etməyib

“Qalatasaray”ın yeni prezidenti Fatih Terimin istefasını qəbul etməyib
17:27 22 Yanvar 2018
97 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim istefa verib.
“Report”un məlumatına görə, bu barədə “TRT Spor”a İstanbul klubun yeni prezidenti Mustafa Cengiz bildirib. O, deyib ki, təcrübəli mütəxəssisin istefası qəbul olunmayıb.
“Fatih Terim mənə hörmət əlamti olaraq istefa təklifi ilə çıxış etdi. Amma qəbul etmədim. Terimin adını ilk olaraq mən dilimə gətirdim. Baş məşqçimiz ilə davam edəcəyik”, - deyə M.Cengiz vurğulayıb.
Qeyd edək ki, Fatih Terim ötən il dekabrın 22-də 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunub. Həmin vaxt klub prezidenti son seçkidə uduzan Dursun Özbek idi. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qalatasaray-in-yeni-prezidenti-fatih-terimin-istefasini-qebul-etmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR