Türkiyənin baş naziri: "Zeytun budağı"nda indiyədək heç bir itkimiz yoxdur”

Türkiyənin baş naziri: "Zeytun budağı"nda indiyədək heç bir itkimiz yoxdur”
17:37 22 Yanvar 2018
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ “İndiyədək heç bir itkimiz yoxdur”.
“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım əsas müxalifət təşkilatı, Cümhurriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə 50 dəqiqlik görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında “Zeytun budağı” əməliyyatı haqqında danışarkən bildirib.
“İndiyədək heç bir itkimiz yoxdur. Ancaq Kilisdə dislokasiya olunan hərbçilərimizə açılan təxribatçı atəş nəticəsində bir əsgərimiz yüngül yaralanıb. Afrində yaşayan ərəb, türkmən, kürd və başqa etnik qrupların yerli sakinlərini PKK, İŞİD terror qruplaşmalarının təzyiq və işgəncələrindən qurtarmaq istəyirik”, - B.Yıldırım vurğulayıb.
K.Kılıçdaroğlu deyib ki, baş nazr Afrindəki hadisələrlə bağlı ona məlumat verib: “Türkiyənin sərhəd təhlükəsizliyi çox əhəmiyyətlidir”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-bas-naziri-zeytun-budagi-nda-indiyedek-hec-bir-itkimiz-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR