Robinyo Türkiyə klubunda!

Robinyo Türkiyə klubunda!
17:44 22 Yanvar 2018
56 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur futbolçu Robinyo karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, Braziliya millisinin üzvü “Sivasspor”la anlaşıb.

 

Son klubu “Atletiko Mineyro” olan 34 yaşlı yarımmüdafiəçi Braziliya klubundan ayrıldıqdan sonra 10 ay klubsuz qalıb. “Sivasspor” transferi rəsmi saytı vasitəsilə də bəyan edib. Sabah Türkiyəyə gələcək ulduz futbolçu Superliqa təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək.

 

Qeyd edək ki, Robinyo 2003-cü ildən formasını geyindiyi Braziliya yığmasının heyətində 100 oyun keçirib, 28 qola imza atıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR