Dünya Çempionatının kuboku Bakıya gətirilir - VİDEO

Dünya Çempionatının kuboku Bakıya gətirilir - VİDEO
18:03 22 Yanvar 2018
65 İdman
Ölkə mətbuatı
A- A+

FİFA Dünya Çempionatının kubokunu 4-cü dəfə dünya turuna çıxaracaq.

Publika.az xəbər verir ki, futbol dünyasının ən ali mükafatı 9 fevral tarixində Bakıda olacaq. Mükafat Heydər Əliyev adına Beynəlxalq Hava limanında sərgiləndikdən sonra “Gənclik Mall” ticarət mərkəzinə qoyulacaq.

Şirkət bu təşəbbüsü Azərbaycanda uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində irəli sürüb.

“Coca-Cola” tərəfindən təşkil olunan “FIFA Dünya Çempionatı Kuboku Turu” (FİFA World Cup Trophy Tour) milyonlarla futbol azarkeşinə dünyanın ən böyük idman hadisəsi olan futbol üzrə 2018-ci il Dünya Çempionatının bir hissəsi olmaq və bu andan zövq almaq imkanı verir.

Qeyd edək ki, tur 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Tur altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 000 km keçərək yolunu futbol üzrə 2018-ci il Dünya Çempionatında başa vuracaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR