IMF 2018-ci il qlobal iqtisadi artım proqnozunu yüksəldib

IMF 2018-ci il qlobal iqtisadi artım proqnozunu yüksəldib
18:22 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (IMF) 2018-ci il üçün qlobal iqtisadi artım tempini əvvvəlki proqnozu 3,7%-dən 3,9%-ə yüksəldib. 
"Report" xəbər verir ki, bu barədə IMF-in "Qlobal Economic Outlook" iqtisadi icmal hesabatında bildirilir. 
Qeyd edək ki, bu, son 7 ilin ən sürətli iqtisadi artım tempi olacaq.
Hesabatda həmçinin, ABŞ iqtisadiyyatının 2018-ci ildə 2,7%, avrozona iqtisadiyyatının isə 2,2% artacağı ehtimal edilib. Xatırladaq ki, əvvəlki hesabatda bu göstəricilər üzrə proqnozlar müvafiq olaraq 2,3% və 1,9% təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/imf-2018-ci-il-qlobal-iqtisadi-artim-proqnozunu-yukseldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR