DİN: Abşeronda məktəbli gözündən xəsarəti daş dəyməsi nəticəsində alıb

DİN: Abşeronda məktəbli gözündən xəsarəti daş dəyməsi nəticəsində alıb
18:27 22 Yanvar 2018
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində məktəb şagirdi Xəlil İlqar oğlu Allahquliyev gözündən yaranı silahlı insident nəticəsində deyil, daş dəyməsi nəticəsində alıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.
Onun sözlərinə görə, hadisə yanvarın 16-da baş verib: "Saray qəsəbəsində 2 saylı orta məktəbin 11-ci sinif şagirdi, 16 yaşlı Xəlil Allahquliyev günorta saatlarında dərsdən çıxıb evə gedən zaman yolda sol gözünə daş zərbəsi dəyib. Xəsarət alan Xəlil Allahquliyev Sumqayıt Şəhər Göz Xəstəxanasına yerləşdiirlib. Bununla bağlı xəstəxandan Abşeron Rayon Polis İdarəsinə məlumat verilib. Yazılanların əksi olaraq, heç də güllə yarası olmayıb. Xəstəxanada müalicə edən həkimin, yaralının və onun valideyinlərinin dediyinə görə, xəsarət daşdan dəyən zərbənin nəticəsində yaranıb. Yara güllə yarasına xarakterik deyil. Hazırda şagirdin müalicəsi davam etdirilir".
O.Mansurzadə bildirib ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-abseronda-mektebli-gozunden-xesareti-das-deymesi-neticesinde-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR