İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir - Qərargah

İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir - Qərargah
18:29 22 Yanvar 2018
68 Digər
Ölkə mətbuatı
A- A+

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. 
 
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, axtarışlarla əlaqədar Əməliyyat Qərargahı məlumat yayıb. Məlumatda qeyd edilir ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulmuşdur.
 
Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilmiş, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılmışdır.
 
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.
 
Axtarış işləri ilə bağlı əlavə məlumat veriləcək.​
 
 
Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR