IMF: Bu il MDB ölkələri 2,2% böyüyəcək

IMF: Bu il MDB ölkələri 2,2% böyüyəcək
18:57 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPERT.AZ/ Bu il MDB ölkələrində 2,2%-lik iqtisadi artım qeydə alınacaq. 
“Report” xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş “World Economic Outlook 2018” hesabatında qeyd edilib.
Hesabata görə, 2017-ci ildə də eyni həcmdə artımın olduğu gözlənir. 2016-cı ildə isə bu rəqəm 0,4%-ə bərabər olub. IMF 2019-cu il isə MDB ölkələrində iqtisadi artımın 2,1% olacağını proqnozlaşdırır.
Fond 2017-ci ilin oktyabrında yenilədiyi eyniadlı hesabatında 2018-ci il üçün 2,1%-lik iqtisadi artım pronozlaşdırmışdı. 2019-cu il üçün bu rəqəm isə dəyişməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/imf-bu-il-mdb-olkeleri-2-2-boyuyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR