Çayxanada dəhşət: tanışını qaynar su ilə yandırdı

Çayxanada dəhşət: tanışını qaynar su ilə yandırdı
19:14 22 Yanvar 2018
128 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz sakini mübahisə etdiyi şəxs tərəfindən yandırılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, Yuxarı Öysüzlü kənd sakini, 28 yaşlı Emil Mehralıyev yanıq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

 

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, çay evində mübahisə zəminində Niyazi adlı tanışı Emil Mehralıyevin üzərinə qaynar çay töküb və digər xəsarət yetirib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR