Gürcüstan Qış Olimpiadasını

Gürcüstan Qış Olimpiya Oyunlarını keçirməkdə maraqlıdır.

Metbuat.az-ın məlumatına görə, hazırda İsveçrədə səfərdə olan Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı ölkəsinin Qış Olimpiadasını təşkil etmək baxımından potensialı ilə bağlı məlumatlandıracaq.

Hələ 2016-2017-ci illərdə G.Kvirikaşvili bir neçə dəfə bəyan etmişdi ki, dağ-xizək mərkəzi və kurortu Bakurianinin təqribən 10 ildən sonra Qış Olimpiya Oyunlarının keçirilməsinə namizədliyi irəli sürülə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR