Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirdi

Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirdi
20:19 22 Yanvar 2018
98 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə ordusu Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 10 terrorçu əsir götürülüb.

 

Burseya dağından PYD/YPG silahlıları Türkiyənin Kilis şəhərini atəşə tuturdular.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Ötən gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR