İraq Misirə ildə 12 milyon barel

İraq Misirə ildə 12 milyon barrel xam neft ixrac edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Bu 2016-cı ildə İraqla Misir arasında imzalanan müqavilənin yenilənməsi deməkdir. İraqın Neft Nazirliyi ilə Misirin Neft Nazirliyi əvvəlki müqavilənin şərtlərinin 2018-ci ilin yanvar ayından etibarən qüvvədə olması barədə razılığa gəlib.

İraqın Neft Nazirliyinin sözçüsü Asim Cihadın sözlərinə görə, tərəflərin razılığı eyni şərtlərə əsaslanacaq. Saziş İraq və Misirin ikitərəfli əlaqələri dərinləşdirmək və qarşılıqlı əməkdaşlığı genişləndirmək səylərinin bir hissəsidir.

Xatırladaq ki, 2016-cı ilin sonlarında İraqdan Misirə ildə 12 milyon barrel neft ixracına dair müqavilə imzalanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR