Avropa İttifaqından “Zeytun budağı” QORXUSU: “İŞİD-ə qarşı...”

Avropa İttifaqından “Zeytun budağı” QORXUSU: “İŞİD-ə qarşı...”
20:28 22 Yanvar 2018
115 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi əməliyyatla bağlı şərh verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini əməliyyatla əlaqədar narahatlıq keçirdiyini bildirib.

“Bütün hərbi əməliyyatlar İŞİD terror təşkilatına qarşı yönəlməlidir”, - o deyib.

Qeyd edək ki, yanvarın 20-də başlayan “Zeytun budağı” əməliyyatın gedişatında 11 kənd YPG terrorçularından təmizlənib. Hərbi birliklər Afrində 8 kilometr irəliləyə biliblər. Bu gün isə Türkiyə Silahlı Qüvvələri Azezdən hücuma keçib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR